Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, 1975-ci ildən bəri dünya boyu insanlarda piylənmə problemi üçqat kəskinləşib. Təşkilat bu problemin yalnız Birləşmiş Ştatlar kimi yüksək gəlirli ölkələrdə məhdudlanmadığını deyir. Artıq-çəkilik və piylənmə orta və aşağı gəlirli ölkələrdə də problemə çevrilib. Dünya boyu artıq çəki səbəbindən ölənlərin sayı azçəkililərlə müqayisədə xeyli artıb.
Katlin Mulkahi Los-Anceles sakinidir. O, öz çəkisi ilə 55 ildir mübarizə aparır. “Anam mənim 12 yaşım olandan qəflətən ölüb və mənim çəkim ondan sonra artmağa başladı.” İnkişaf etməkdə olan ölkələr də daxil olmaqla, əsasən də şəhərdən kənar bölgələrdə dünya boyu artıq-çəkilik və piylənmə sürətlə artır. Kaliforniya Universitetindən Dana Hannes: “İnkişaf etməkdə olan ölkələrdə fast-fud, transmilli şirkətlər və spirtsiz içki şirkətləri çəkinin artmasına və piylənmə epidemiyasına çox böyük təsir göstərir. Belə ki, onlar qida məhsullarına duz, şəkər və əlavələr edirlər ki, bu normal qida deyil."
İnkişaf etməkdə olan ölkələrdə insanların həyat tərzi də dəyişir. “İnsanlar şəhərlərə daha çox axdıqca, daha çox pul qazanmağa başladıqca və daha çox oturaq həyat tərzi keçirdikcə, Birləşmiş Ştatlarda olduğu kimi çəkiləri artır” deyə, Dana Hannes bildirir. Psixo-terapevt Dina Solomon qlobal çəki artması və piylənmənin başqa səbəbinin də olduğunu deyir. “İnsanlar öz ailələrindən uzaqlaşır. Onlar stresə düşərkən ətraflarında onları dəstəkləyən olmadığına görə komfort üçün yeməyə üz tuturlar.”
Qısa müddət pəhriz saxlamaqla çəki itirmək bir tərəfə, ən çətini az çəkini qoruyub saxlamaqdır. “Araşdırmalar görtərir ki, çəki itirilməsində uzun müddət tərəvəzdən istifadə etmək gərəkdir.” Yeməyinizə diqqət etmək əvəzinə Dana Solomon insanlara arıqlamaq üçün yemək vərdişlərini dəyişdirməkdə yardım edir. O, özünün Katlin Mulkahi kimi müştərilərinə yeməkdən əvvəl nələr yediklərini yazmalı olduqlarını deyir.
Çəkisini artıq 3 ildir eyni səviyyədə saxlayan Katlin bununla razıdır. “Siz öz qarşınızda borc hiss edirsiniz. Bu həm də güc və effektivlik hissidir.” Sağlam çəki təkcə insanın xarici görünüşünə müsbət təsir göstərmir, o həm də ürək-damar xəstəlikləri, diabet və bəzi xərçəng formalarının da qarşısını alır. (Amerikaninsesi.org)