Çuğundur şorbasının əsasını çuğundur təşkil edir. Flüor, fosfor, maqnezium, manqan, sink, mis, kalium, dəmir, yod, B qrupu vitaminləri ilə zəngindir. Foodinfo.az bildirir ki, buna görə də hormonal və ürək-damar sistemlərinin xəstəliklərində, həmçinin metabolik pozğunluqlarda kömək edir.

Bundan əlavə, çuğundurda sinir sistemi xəstəliklərinə kömək edən və hamiləlik dövründə dölün tam inkişafına kömək edən fol turşusu var. Həmçinin, çuğundur, betain sayəsində, qaraciyər intoksikasiyasının və hipertoniyanın inkişafının qarşısını alır. Bu tərəvəzin tərkibində olan pektin bağırsaqları təmizləyir.