Çərəzlər qida dəyəri yüksək olan quru meyvə və ya toxumlardır. Onlar bir çox faydalı maddələrlə zəngindir və adətən qəlyanaltı kimi istifadə olunur. 

Foodinfo.az ən faydalı çərəzləri təqdim edir:

1. BADAM 

E vitamini, maqnezium və antioksidantlarla zəngindir. Ürək sağlamlığını dəstəkləyir və xolesterolu azaltmağa kömək edir.

   2. QOZ

Omeqa-3 yağ turşuları ilə zəngindir. Beyin funksiyalarını yaxşılaşdırır və ürək xəstəliklərindən qoruyur.

3. FINDIQ 

E vitamini və liflə zəngindir. Ürək sağlamlığına müsbət təsir edir və antioksidantlarla zəngindir.

4. PÜSTƏ 

Az kalori və yüksək lif tərkibi ilə kilo nəzarətinə kömək edir. Antioksidantlarla boldur.

5. KAJU

Dəmir, maqnezium və sinklə zəngindir. İmmunitet sistemini dəstəkləyir və sümük sağlamlığını gücləndirir.

Bu çərəzlər vitaminlər, minerallar və sağlam yağlarla zəngin olduğu üçün bədənə fayda çox verir. Ancaq ölçünü gözləmək vacibdir, çünki çərəzlər yüksək kalorili qidalardır.