Kəsmik orqanizmə böyük faydası olan məhsuldur. Lakin turş olduğu üçün bir çoxları ona xama və ya şəkər əlavə edirlər. Bəs bunlardan hansı daha məsləhətlidir?

Foodinfo.az xəbər verir ki, mütəxəssislər xamanı seçməyi tövsiyə edirlər.

Məsələ daha az kalorili olmasında deyil.

Xama şəkərlə müqayisədə daha bir ciddi üstünlüyə malikdir. Söhbət onun tərkibində kalsiumla uyğunlaşan və yağda həll olunan vitaminlərin olmasından gedir.

Şəkər isə, əksinə, bu vacib mikroelementin sovrulmasına mane olur.

Buna baxmayaraq, kəsmiyi yenə də şirin edib yemək istəyirsinizsə, onu meyvə və tərəvəzlə dadlandıra bilərsiniz. Bu zaman həm qidadan ləzzət alacaq, həm də orqanizminizə fayda vermiş olacaqsınız.