Məlum olub ki, arıqlayarkən məşq etmək, şirin və yağlı yeməklərdən imtina etmək lazım deyil. Foodinfo.az xəbər verir ki, ABŞ-dan olan elm adamları, bədəninizə zərər vermədən əlavə çəkidən qurtulmanıza kömək edəcək yalnız bir məhsulu diyetə daxil etməyin kifayət olduğunu deyir.

Alimlərin fikirinə görə bu lifdir. Bu növ pəhriz lifini adi yulafda tapa bilərsiniz. Ancaq bişirilməsi uzun sürən lopalardan istifadə etmək vacibdir. "Beş dəqiqəlik" sıyıqda sağlam bir şey yoxdur.