Dil xərçəngi ilkin əlamətlərlə özünü göstərən və çox zaman insanlar tərəfindən əhəmiyyət verilməyən xərçəng növləri arasında yer alır. Dil xərçəngləri erkən müalicə edilməsə, ciddi sağlamlıq problemlərinə səbəb olur. Dildə qırmızı, ağ ləkələr varsa və onlar zaman içərisində böyüyürsə, xərçəng olmaq ehtimalı var. Yemək yeyərkən dişləriniz qəflətən qanayırsa, yemək əsnasında çeynəmə, udma çətinliyi, dildə yaralar, şiddətli boğaz ağrıları, nəfəsin pis iy verməsi, ağız açmaqda çətinlik və s. kimi əlamətləri özünüzdə hiss edirsinizsə, mütləq həkimə gedin. (Metbuat.az)