Qidalanma mütəxəssisi Marina Malgina qarpız yeməyin əks göstərişlərindən danışıb.

O, "Yamal 1" kanalına müsahibəsində deyib ki, çox miqdarda qarpız yemək 2-ci tip diabetə tutulma riskini əhəmiyyətli dərəcədə artırır. 

Onun sözlərinə görə, qarpız böyrək və bir sıra digər xəstəlikləri olan insanlar üçün əks göstərişdir.

Bundan əlavə, Malgina qeyd edib ki, nitratlar bu giləmeyvədə toplana bilər.

Belə ki, nitratların  aşağı zəhərlidir, lakin mədə-bağırsaq traktının mikroflorasına daxil olduqda, zərərli nitritlərə çevrilirlər.