Endokrinoloq, dietoloq, tibb elmləri namizədi Oksana Mixaleva hansı tərəvəzlərin orqanizmi qorumağa kömək etdiyini açıqlayıb. 

"Bunlar, ilk növbədə lifli quruluşa malik kələm, kərəviz, çuğundur, turp, şirin bibər, xiyar kimi tərəvəzlərdir" - deyə o, Gazeta.Ru-ya müsahibəsində bildirib.

Mixaleva qeyd edib ki, tərkibində çoxlu həll olunmayan lif olan bütün taxıllar da faydalıdır.

Bundan əlavə, həll olunan pəhriz lifi bədənin detoksifikasiyası üçün vacibdir. Bu liflər balqabaq, badımcan, pomidor, çuğundur, yerkökü kimi tərəvəzlərdə olur.

“Bunlar bağırsaq bakteriyalarını qidalandırır və onun səthində sağlam qoruyucu bakterial maneə yaratmağa kömək edir. Eyni zamanda toksinlərin orqanizmə daxil olmasının qarşısını alır”, - deyə mütəxəssis əlavə edib.