Foodinfo.az oxuculara növbəti faydalı məsləhətlərini təqdim edir: Əti qaynadarkən daha tez bişməsi üçün onu axırda duzlamaq lazımdır; Yumurta qaynadarkən suda qabığının sınmaması üçün suya 1 çay qaşığı duz tökmək lazımdır; Çiy tərəvəzlərdən hazırlanmış salatlar süfrəyə qoyulmazdan 15 dəqiqə əvvəl hazırlanmalıdır; Limondan daha çox şirə sıxmaq üçün onu 5-7 dəqiqə isti suda saxlamaq lazımdır; Pendiri rahat sürtgəcdən keçirtmək üçün onu bir az qurutmaq lazımdır; Salatlar üçün tərəvəzlər soyuq halda doğranmalıdır. İsti tərəvəzi doğradıqda salat keyfiyyətini itirir; Südə şəkər qatıb (1 litr südə 1 çay qaşığı) qaynatdıqda uzun müddət təzə qalır və vitaminləri itmir. Ülkər/Foodinfo.az