2018-ci ilin iyul-dekabr ayları ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 1003 nömrəli “Çağrı Mərkəzi”nə ümumilikdə 9017 müraciət daxil olub. AQTA-dan Foodinfo.az-a verilən məlumata görə, daxil olan müraciətlərdən 2464-ü sertifikatlaşdırma və qeydiyyat, 3830-u idxal-ixrac əməliyyatları, 407-si isə istehlakçıların hüquqlarının pozulması halları ilə bağlı olub. Qida zəhərlənmələri ilə bağlı Agentliyə 168 müraciət daxil olsa da, onlardan yalnız 76-sının qida zəhərlənməsi olduğu öz təsdiqini tapıb. Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 566-sı işə qəbulla, 1582-si isə digər xarakterli müraciətlərdir.