Bu ilin yanvar ayında Azərbaycan 3,885 mln. ABŞ dolları dəyərində 718 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,051 mln. dollar (21,3%) və 123 ton (14,6%) azdır. Ötən ay yağ idxalı Azərbaycanın ümumi idxalının 0,4%-ni təşkil edib. (Report)