Bu ilin yanvar aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 96 412,02 min ABŞ dollarına bərabər olub. Foodinfo.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalarına görə, cari ilin ilk ayında yeyinti məhsulları üzrə idxalın həcmi ötən ilin analoji dövrünə nisbətən 14% azdır. Ümumiyyətlə, cari ilk ayında yeyinti məhsullarının ümumi ölkə idxalında çəkisi 13,37% təşkil edib. Hesabat dövründə ölkəyə 7 419,58 min dollar dəyərində 4 637,95 ton ət idxal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq dəyər göstəricisi üzrə 5,6% artsa da, həcm göstəricisi üzrə isə 8% azalıb. Cari ilin yanvar ayı ərzində ölkəyə 953,80 min dollar dəyərində (artım – 12,4%) 574,96 ton (14,7% az) süd idxal olunub. Ölkəyə həmçinin 4 966,43 min dollar dəyərində 1 007,14 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub ki, bu göstərici üzrə həcm olaraq 40,2%, dəyərində isə 27,8% artım müşahidə olunub.