Bu gün Azərbaycanda 224 nəfər koronavirus şübhəsi ilə karantin şəraitində saxlanılır. Bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında operativ qərargahının koronavirusla bağlı keçirdiyi brifinqdə çıxışı zamanı deyib. O bildirib ki, onlardan 12-si İran, biri İtaliya, 7-si isə digər ölkə vətəndaşlarıdır: "Hazırda onların müayinə cavabları gözlənilir". ("Report")