"Bravo" marketlər şəbəkəsi 19 apreldə növbəti mağazasını açmağa hazırlaşır. Foodinfo.az xəbər verir ki, növbəti "Bravo" Bakıda "Qış Parkı"nın yaxınlığında Fizuli küçəsində istifadəyə veriləcəkdir. Aprelin 19-dan etibarən həftənin 7 günü, səhər saat 8-dən gecə saat 00:00-dək əhalinin üzünə açıq olacaq. Qeyd edək ki, sonuncu "Bravo" mağazası Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində açılıb.