Rusiya Federasiyasının Başqırdıstan Respublikasından Azərbaycana göndərilən taxılın əksər hissəsinin dezinfeksiya işləri başa çatdırılıb. Foodinfo.az “Report”a istinadən xəbər verir ki, Azərbaycana göndərilən 27 vaqon taxılın hamısı ziyanvericilərdən fitosanitar təmizlənməsindən keçirilərək Gömrük İttifaqının mövcud tələblərinə tam uyğundur. Qeyd olunur ki, bu ay ərzində Başqırdıstanın Tuymazı şəhərindəki elevatordan Azərbaycana 2 min tondan çox taxıl göndərilib.