BRAVO-da 10-23 yanvar tarixlərində "Pasta və sous" günləri keçirilir. İtalyansayağı spagettinin hazırlanması üçün lazım olan ərzaqlar: - 1 paket pasta - 5 diş sarımsaq - 1 acı bibər - 1 çay qaşığı quru reyhan - 4 ədəd qabıqları soyulmuş doğranmış pomidor - Duz - İstiot Hazırlanma qaydası: Bir tavada zeytun yağı ilə sarımsaqları qovurun, üzərinə acı bibəri doğrayın, reyhanı əlavə edin, bir-iki dəqiqə qovurduqdan sonra pomidorları əlavə edib bişirin. Zövqünüzə görə duz əlavə edin. Ayrı bir qazanda duzlu su qaynadıb içinə pastanı qoyun. 5 dəqiqə bişəndə süzün. Süzdüyünüz pastanı pomidor sousuna əlavə edin və 3 dəqiqə daha bişirin. Spagettiniz hazırdır, nuş olsun!