Aprelin 29-da gözlənilən hava proqnozu açıqlanıb. ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən Foodinfo.az-a verilən məlumata görə, aprelin 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-12° isti, gündüz  15-19° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz  17-19° isti olacaq. Atmosfer  təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz  45-50% olacaq. Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.  Havanın temperaturu  gecə 7-12° isti, gündüz  18-22° isti, dağlarda gecə 3-7° isti, gündüz 7-12° isti olacaq.