Süd məhsulları faydalı olsa da, bəziləri bu növ qidalardan ehtiyatla istifadə etməlidirlər.

Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Natalya Pavlyuk danışıb.

Onun sözlərinə görə, süd şəkərini emal edən fermentdə azalma müşahidə olunan insanlarda laktozaya qarşı dözümsüzlük yarana bilər.  

Laktoza süddə olan şəkərdir. Bəzilərində süd şəkərini emal edən laktaz fermentinin miqdarı yaşla azalır. Bu, şişkinlik və köpün yaranmasına səbəb olur.

Bununla belə, dietoloq hesab edir ki, süd məhsullarını rasiondan tamamilə çıxarmağa ehtiyac yoxdur, çünki onlar zülal və kalsium mənbəyidir.

"Yaxşı protein və kalsium qaynağı olduğu üçün rasionunuza gündə 50-100 mililitr süd daxil edilə bilərsiniz. Laktozasız və turş süd məhsullarını da seçə bilərsiniz”, - deyə o məsləhət görüb.

Lakin süd məhsullarını qəbul etdikdən sonra yenə də narahatlıq hiss edirsinizsə, o zaman onlardan tamamilə imtina edib, kalsium çatışmazlığını digər qidalar və əlavələrlə aradan qaldırın.