Dənli bitkilərin bitlənməsi adətən düzgün saxlanmadıqda rast gəlinən bir problemdir. Əsasən düyü, buğda, arpa, yulaf, və qarğıdalı kimi qida məhsulları bitlənməyə həssasdır.

Foodinfo.az dənli bitkilərin bitlənmə səbəblərini təqdim edir:

Dənli bitkilərin nəmli şəraitdə saxlanması onların içində küf və həşəratların çoxalmasına səbəb olur.

Hava keçirməyən qablarda saxlanmayan dənli bitkilər açıq havadan təsirlənərək həşəratların və bitlərin hücumuna məruz qala bilir.

Çirkli və dezinfeksiya edilməmiş qablarda saxlanma həşəratların asanlıqla çoxalmasına şərait yaradır.

Dənli bitkiləri quru və sərin yerdə saxlamaq həşəratların yaranmasının qarşısını almaqda çox önəmlidir. Hava keçirməyən qablardan istifadə etmək lazımdır.

Qısa müddətə dondurucuda saxlamaq bitləri öldürür və çoxalmalarının qarşısını alır

Saxlanma qablarını hər dəfə təmizləyib qurutmaq çirk və həşərat yumurtalarının yığılmasının qarşısını alır.