Yaponiyalı elm adamları çayla bağlı maraqlı araşdırma aparıblar. Bu araşdırma ilə çox çay içilməsinin ziyan olması iddiaları təkzib olunub. Yapon alimlər iddia edirlər ki, qara çay tərkibindəki antioksidantlara sayəsində sümüklərin kövrəkləşməsinin qarşısını alır. İnsan yaşlandıqca isə bunun daha çox faydasını görür. Osaka Universitetinin elmi işçisi Keyzo Nişikava bildirib ki, qara çayın tərkibindəki “theaflavin-3” adlı antioksidant sümüyə zərər vuran “metiltransferas” fermenti məhv edir. Bu sayədə də sümük toxumaları möhkəm qalır. Araşdırmanın nəticəsində qeyd olunur ki, 60 kilo çəkisi olan bir şəxs sümük toxumalarını gücləndirmək üçün 3 gündə 60 stəkan çay içməlidir. Bundan başqa çayın digər faydalarının olması da iddia edilib. Bunlar aşağıdakılardır: - Alzaymer riski 50 faiz azaldır. - Dəri quruluğunu, həzm sisteminin pozulmasını və yorğunluğu aradan qaldırır. - Göz masqası kimi istifadə edilsə, ağırlaşmış göz qapaqlarına müsbət təsir edir. - Süzülmüş dəmi boğaz ağrısında qarqara kimi istifadə etmək olar. (Maide.az)