Naftalan sakini qidadan zəhərlənərək ölüb. Foodinfo xəbər verir ki, 1985-ci il təvəllüdlü Naftalan şəhər sakini Xəyalə İsmayılova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, X.İsmayılova kolbasadan zəhərlənib.Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.