Müştərilərdən biri "Gənclik Mall"da yerləşən "Mado" restoranından şikayətçi olub. Foodinfo.az xəbər verir ki, uşaqları üçün aldığı krivetka ilə onu restorana buraxmayıblar. "Bu gün 2 azyaşlı uşağımla Gənclik Mall-da idik. Uşaqlar McDonalds-dan krevet aldılar, mən də dedim oturum "Mado"da, sifariş edim. Əlimdə uşaqların kreveti yaxınlaşdım "Mado"ya. Eləbil içəri terrorist girdi, tökülüşdülər ki, bəs bizdə olmaz, gedin krevetləri başqa yerdə yeyin sonra gəlin. İşçilərin də, administrasiyanın da müştəriylə ünsiyyət səviyyəsi 0. Heçnə, "Mado" bu gündən mənim üçün öldü. Özünə hörmət edən şəbəkənin ən azından daimi müştəriyə güzəşt etmək ənənəsi olmalıdır." Qeyd edək ki, bəzi restoranlarda təhlükəsizlik baxımından bu cür addımlar atılır. Əgər qida zəhərlənməsi olarsa bunun digər yerdən gələn qida olduğunu sübut etmək çətindir. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Könül