Vergilər Məcəlləsinə edilən mühüm dəyişikliklərdən biri də ticarət ictimai iaşə fəliyyəti ilə məşğul olan sahibkarların gəlir vergisi ilə bağlı müəyyən güzəştlər tətbiq ediləcək.Bu dəyişikliyə aydınlıq gətirən iqtisadçı-ekspert Rauf Qarayev bildirib ki, "Vergi Məcəlləsinin 102.1.24. Pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkar tərəfindən büdcəyə ödənilməli olan gəlir vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır. Misal: Marketin sahibi satdığı mallar üzrə 5000 manat ümumi gəlir əldə edib. Bunun 1000 manatı nağd, 4000 manat nağdsız şəkildə olub. Gəlirdən çıxılan ümumi xərc 2000 manat. Güzəşt tətbiq edilmədiyi halda 5 000 – 2000 = 3000 * 20% = 600 manat təşkil edir (ödəməli olduğu gəlir vergisi) Güzəşt tətbiq edildiyi halda: 4000 manat (nağdsız dövriyyə)/5000 = 0,8(xüsusi çəki) * 25% = 0,2 * 600 = 120 manat güzəşt. 600,00 - 120,00 = 480,00. Sahibkarın büdcəyə ödəməli olduğu gəlir vergisi 480 manat təşkil edəcək.Market və restoran, kafe, çayxanalara güzəşt Vergi Məcəlləsinin 102.1.24. Pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkar tərəfindən büdcəyə ödənilməli olan gəlir vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır. Misal: Marketin sahibi satdığı mallar üzrə 5000 manat ümumi gəlir əldə edib. Bunun 1000 manatı nağd, 4000 manat nağdsız şəkildə olub. Gəlirdən çıxılan ümumi xərc 2000 manat. Güzəşt tətbiq edilmədiyi halda 5 000 – 2000 = 3000 * 20% = 600 manat təşkil edir (ödəməli olduğu gəlir vergisi) Güzəşt tətbiq edildiyi halda: 4000 manat (nağdsız dövriyyə)/5000 = 0,8(xüsusi çəki) * 25% = 0,2 * 600 = 120 manat güzəşt. 600,00 - 120,00 = 480,00. Sahibkarın büdcəyə ödəməli olduğu gəlir vergisi 480 manat təşkil edəcək" (Fins.az)