Bu gün Bakıda daha bir "Bravo" açılıb. Foodinfo.az xəbər verir ki,  yeni açılan  Bravo “Superstore” market formatı ərazi ölçü baxımından sıralanmada supermarket və hipermarket arasında yerləşir. Belə ki,  “superstore” formatında ərzaq və qeyri-ərzaq mallarının geniş seçim imkanı var.  “Superstore” müştərilərinə  geniş çeşiddə təravətli, təzə meyvə-tərəvəz, ət və ət məhsulları, delikates, balıq, çörək və qənnadı məmulatları, müxtəlif içki seçimləri ilə yanaşı, gündəlik gigiyenik və qulluq vasitələri, uşaq qidası, oyuncaqlar, ev və məişət əşyaları, tekstil və elektronika məhsullarını təqdim edir. Qeyd edək ki, 3000 kv.m.-dən artıq ərazisi olan supermarket Xətai metro stansiyasına yaxın, Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində yerləşir.  Həftənin 7 günü, səhər saat 8-dən gecə saat 00:00-dək əhalinin üzünə açıq olacaq. Bundan əvvəl isə "Azərbaycan Supermarket" şirkəti 5 ünvanda "convenience" formatda BRAVO supermarketi istifadəyə verib.