Dövlət Statistika Komitəsi (DSK) Azərbaycanda mövcud olan uzunqulaqların sayını açıqlayıb. DSK-nın İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov Modern.az-a bildirib ki, hazırda respublikada 28040 baş uzunqulaq var. 2015-ci ildə ölkədə 39 992, 2016-cı ildə 35 816, 2017-ci ildə 34 068, 2018-ci ildə 30 854 uzunqulaq mövcud olub. Rəsmi statsitikaya görə, 5 il ərzində ölkədəki uzunqulaqların sayı 11 952 baş azalıb. Ən çox uzunqulaq Gəncə-Qazax iqtisadi rayonunda (10524), ən az isə Ucar (1) rayonunda qeydə alınıb. R.Süleymanov eyni zamanda bildirib ki, 2015-2018-ci illər və 2019-cu ilin yanvar-mart aylarında Azərbaycana uzunqulaq idxal olunmayıb.