“Araz” supermarketlərinə məxsus daha bir filialın açılışı olacaq. Foodinfo.az xəbər verir ki, mayın 22-də Sabunçu rayonu, Ramana qəsəbəsində fəaliyyətə başlayacaq yeni filial hər kəsin üzünə açıq olacaq. Qeyd edək ki, açılışla bağlı əksər qida məhsullarına endirimlər tətbiq olunacaq. Həmçinin alış-veriş edən hər müştəriyə müxtəlif hədiyyələr təqdim olunacaq. Məlumat üçün bildirək ki, bundan əvvəl "Araz" market mayın 17-də Xətai rayonu, Qaçaq nəbi küşəsi 5 ünvanında açılıb.