Tovuz rayonunda zəhərlənmə hadisəsi olub. Foodinfo.az "Report"a istinadən məlumatına görə, Abulbəyli kənd sakini, 1988-ci il təvəllüdlü Ş.Qarayeva yediyi göbələkdən zəhərlənib.  O, yaxınları tərəfindən xəstəxanaya aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərilən qadının vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.