"Veysəloğlu Şirkətlər Qrupu" - İT texnik (Helpdesk) vəzifəsi üzrə işçi axtarır İş yeri: Sabirabad rayonu İş təcrübəsi: 1-3 il Təhsil: Müvafiq sahə üzrə ali təhsil İşin Təsviri: İT infrastruktur elementlərinin idarəedilməsi və onlara nəzarət. Vəzifə öhdəlikləri: - İT infrastruktur elementlərinin idarəedilməsi və onlara nəzarət; - “Hardware” və “Software” sistemlərinin quraşdırılması; - İT avadanlıqlarında olan nasazlıqların aradan qaldırılması. Tələblər: - Windows XP/WIN7/WIN8.1/WIN10; - WIN server 2003/ 2008 R2 / 2012 R2/ 2016 idarə edilməsi, Active Directory, DNS, DHCP server, Routing and remote access, NAT, VPN, DHCP relay agent, Web server idarə edilməsi bacarığı olanlara üstünlük veriləcək; - Kabellərin sonlandırılmasını bilməli (Fiber optik kabellərlə iş bacarığı olanlara üstünlük verilir); - Analoq və İP kameraları ilə, DVR və NVR-ların quraşdırılması, sazlanması və idarəetmə bacarığı olmalı; - Printerlərin və digər periferik qurğularla bağlı proqram səviyyəli nasazlıqlarının aradan qaldırılmasını bacarmalı; - Rack kabinlərin yığılmasını bacarmalı; - Analitik düşünmək və problemi qısa zamanda həll etmək bacarığı olmalı; - Məsafədən idarəetmə proqramları ilə işləmək bacarığı olmalı (remote service); - Backup texnologiyaları biliyi olmalı; - Şəxsi avtomobilin olması mütləqdir (istifadəçiyə ərazidə dəstək vermək üçün tələb olunur). Əmək haqqı: Müsahibə əsasında təyin olunur. Təminatlar: - Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərcləri qarşılanır; - Nahar ilə təmin edilmə. İş qrafiki: 6 günlük Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “İT texnik (Helpdesk)-Sabirabad” yazıb göndərməklə müraciət edə bilərsiniz.