Bu ilin yanvarında ölkədən 1157 tonadək şəkər tozu ixrac edilib. Foodinfo.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən şəkər tozunun dəyəri 511 min ABŞ dolları olub. Xatırladaq ki, ötən ilin eyni ayında 980 min dollarlıq 2086 ton şəkər tozu ixrac edilib.