Yarma (bulqur) süfrənizdəki ağ düyü və çörəkdən daha qidalıdır. Yarmada olan protein, kalsium, kalium və fosfor düyüdən daha çoxdur. B vitamini və dəmir miqdarı düyü və makarondan üç qat çoxdur. Yarma yüksək miqdarda lif ehtiva edir və lif həzm sisteminin yaxşı işləməsi üçün vacibdir. Tərkibindəki B1 vitamini körpənin sinir və həzm sisteminin inkişafında mühüm rol oynayır. Bulgur plovu bütün körpələrin və uşaqların həvəslə yediyi taxıl yeməyidir. Yarma yeterince çətin həzm olunduğu üçün mütəxəssislər onu uşağın qida menyusuna 2 yaşdan tez əlavə edilməməsini tövsiyyə edirlər. Yarmalı toyuq şorbası üçün lazım olan inqrediyentlər: 100 qr incə bulqur, 50 qr toyuq filesi, 1 ədəd kiçik kartof, 1 ədəd kiçik pomidor, 1 ədəd yerkökü, 1 ədəd kiçik soğan, "Zeytun Bağları" zeytun yağı, şüyüd, zövgə görə duz. Yarmalı toyuq şorbasının hazırlanması; Toyuq filesi artıq yağlardan təmizlənərək, yaxşı yuyulur. Qazanda su qaynadıqda, file əlavə olunur və yenidən qaynadıqdan sonra köpük çıxarılır. Bulyon 20-30 dəqiqə aşağı istilikdə bişirilir. Sonra toyuq filesi qazandan çıxarılıb, sərinlədikdən sonra ət kiçik hissələrə bölünür. Bulyon yenidən qaynayarkən, yaxşı yuyulmuş yarma qaynayan bulyona əlavə edilir. Yarma təxminən 10 dəqiqə qaynadırlır. Bu zaman kartofu soyulub, orta ölcüdə kub şəklində doğranılır. Doğranmış kartof soyuq suda yuyulub, qazana əlavə olunur. Yarma və kartof tam hazır olana qədər şorba təxminən 20 dəqiqə bişirilir. Şorba qaynayarkən, qovurma hazırlanır. Qovurma üçün soyulmuş soğan çox xırda doğranılır, yerkökü xırda rəndədən keçirilir. Bir tavada zeytun yağı qızdırılır və hazırlanmış tərəvəzlər yağa əlavə olunur. Soğan və yerkökü qapağı bağlı halda təxminən 10 dəqiqə qızardılır. Bu zaman yuyulmuş pomidor 30 saniyə qaynar suda saxlanılır. Bunu etdikdə pomidor asanlıqla soyulur. Bundan sonra, pomidor kublara kəsilib, tavaya əlavə edilir. Tərəvəzlər təxminən 5 dəqiqə aşağı istilikdə qızartmağa davam edir. Şorba hazır olandan 5 dəqiqə əvvəl bişmiş doğranılmış toyuq filesi, qızardılmış tərəvəzlər, duz və şüyüd şorbaya əlavə edilir. Şorba təxminən 10 dəqiqə bişirildikdən sonra hazırdır. Nuş olsun!