Çində yaşayan bir gənc illər əvvəl etdiyi səhvə görə yataq xəstəsi olub.
Foodinfo.az Yenisabah.az-a istinadən xəbər verir ki, 17 yaşında "iPhone" ala bilmək üçün böyrəyini satan gənc yoluxduğu infeksiya səbəbilə ömürlük yatağa məhkum qalacaq. Daim dializ aparatına qoşulan gəncin nə qədər ömrü qaldığı isə bilinmir.
Qeyd edək ki, gənc qanunsuz yolla böyrəyini 3 min dollara satıb. O, bundan sonra o dövrdə populyar olan "iPhone 4" və "iPad 2"mi alıb. Evə getdikdə isə ailəsinin təkidindən sonra olanları etiraf edib. Hazırda 25 yaşında olan Şanqkunun infeksiyaya yoluxma səbəbi əməliyyatdan sonrakı baxımsızlıq olub.
Bildirək ki, yaşanan hadisə aidiyyəti qurumların da məsələyə müdaxiləsinə səbəb olub. Gəncin əlaqə qurduğu şəxslərin şəxsiyyəti müəyyənləşdirilib və aralarında həkimin də olduğu 9 nəfər həbs edilib. Onlardan 5-i birbaşa orqan satışı ilə mühakimə olunub. Məhkəmə Şanqkun və ailəsinə 300 min dollar təzminat ödənilməsinə qərar verib.
Son xəbərlər
- Çörəklə hansı qidaları yeməməliyik?
- Maddələr mübadiləsini sürətləndirən və şəkəri azaldan qidalar
- Bu qidaları heç vaxt soyuducuda saxlamayın
- Duz sizi allergiya və göbələklərdən xilas edə bilər?
- Bu məhsullar zərərli xolesterol ilə mübarizə aparır
- AQTA sədri heyvandarlıq və quşçuluq təsərrüfatı sahələri, quş və quş əti, yumurta istehsalı, idxalı, ixracı sahələrində fəaliyyət göstərən sahibkarları qəbul edəcək