Dezinfeksiyaedici məhlul pandemiya zamanı da virusdan qorunmaq üçün kömək edə bilər.
Foodinfo.az medicina.az-a istinadən bildirir ki, alimlər bu vasitənin koronavirusa təsirini araşdırıblar.
Hələ ki, bu araşdırma nəzəriyyədir, təcrübədən keçirilməyib.
Məlumdur ki, covid virusu yağ lipid təbəqəsi ilə örtülüb. Bu təbəqə virusa uzun müddət yaşamaq imkanı verir.
Əllərdə bu təbəqəni sabunla yuma aparır.
Virusun üst membranı quru havaya, istiliyə, dezinfeksiyaedici, yuyucu maddələrə qarşı həssasdır.
Spirttərkibli gigiyenik vasitələr əllərdə virusu zərərsizləşdirə bilirsə, deməli, eyni tərkibli ağız yaxalayıcıları da virusun bu baryerini parçalaya bilər.
Sübut olunub ki, belə qatı olan istənilən viruslar - qrip, herpes və koronavirus ağızyaxalayıxcı məhlulların təsirindən zəifləyir.
İnsanın boğazı, ağız boşluğu və tüpürcəyi yoluxma mənbəyidir. Ona görə əllər kimi, bu hissələr də ciddi dezinfeksiya olunmalıdır. Bu işdə ağızyaxalayıcılar effektivdir.
Son xəbərlər
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər
- Orta yağlılığı neçə faiz olan məhsullar seçmək lazımdır?
- Bunu gündə 1 dəqiqə etməklə arıqlayın
- Təzə balığı belə tanımaq olar
- Bu ölkədə alkoqoldan ölümlər fəlakətli həddə çatdı
- Ən sağlamı nə buğda, nə də kəpək çörəyidir - Görün hansı imiş