"Hələ yay aylarında üzü payıza və qışa doğru yeni koronavirus infeksiyasına yoluxma hallarının artacağı proqnozlaşdırılmışdı. Hazırda havaların soyuq keçməsi ilə əlaqədar insanlar daha çox qapalı məkanlarda olurlar, təmaslar artır, digər tərəfdən isə otaqların pəncərələri artıq bağlı saxlanılır və havanın dəyişdirilməsi daha az hallarda həyata keçirilir".
Foodinfo.az-ın məlumatına görə, bunu“Report”a açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionist Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, virusun yayılması soyuq temperaturda və rütubətin az olduğu məkanlarda daha sürətli olur:
“Qapalı məkanlarda rütubət daha azdır və bu məkanlarda virus təkcə asqıraq və öskürək zamanı deyil, həmçinin danışıq, hətta nəfəs vermə zamanı daha kiçik zərrəciklərin daxilində ətrafa yayılır. Hətta bu yüngül zərrəciklərin daha uzaq məsafələrə yayılması mümkündür. Bu dövrdə immunitetin də zəifləməsi yoluxmaların artmasına gətirib çıxarır”.
Baş infeksionits yoluxmaların sayının azaldılması üçün otaqların tez-tez havalandırmaq lazım olduğunu bildirib:
“Otaqda eyni vaxtda olan insanların sayını azaltmaq, məsafənin gözlənilməsi ilə bərabər maskadan istifadəyə ciddi və düzgün əməl etmək lazımdır. İstənilən karantin tədbiri o vaxt effektiv olur ki, hamılıqla və düzgün icra olunsun. Sağlam qidalanmaq, fiziki aktiv olmaq lazımdır”.
“Qeyd etdiyimiz kimi payız-qış aylarında kəskin respirator virus infeksiyaları və o cümlədən qriplə xəstələnmə halları artır. Bu infeksiyaların əlamətləri bir-birinə xüsusən xəstəliyin başlanğıcında olduqca oxşardır və onların fərqləndirilməsi yalnız həkim-mütəxəssis tərəfindən mümkündür", - T.Eyvazov vurğulayıb.
Baş infeksionist özündə hərarət, ümumi zəiflik, əzginlik, boğaz ağrısı, öskürək və s. kimi əlamətlər hiss edən şəxslərə telefon vasitəsilə ərazi poliklinikasına vaxtında müraciət etməsini tövsiyə edib: "Özünü müalicə ilə məşğul olmaq düzgün deyil. Onu da qeyd etmək istərdim ki, hazırda qripə qarşı aparılmış vaksinasiya da ümumi epidemik durumun yaxşılaşmasına öz töhfəsini verəcək”.
Son xəbərlər
- Çörəklə hansı qidaları yeməməliyik?
- Maddələr mübadiləsini sürətləndirən və şəkəri azaldan qidalar
- Bu qidaları heç vaxt soyuducuda saxlamayın
- Duz sizi allergiya və göbələklərdən xilas edə bilər?
- Bu məhsullar zərərli xolesterol ilə mübarizə aparır
- AQTA sədri heyvandarlıq və quşçuluq təsərrüfatı sahələri, quş və quş əti, yumurta istehsalı, idxalı, ixracı sahələrində fəaliyyət göstərən sahibkarları qəbul edəcək