Bağçada bitkinin yerini dəyişən bağban torpaqda yaşayan parazit amöb tərəfindən törədilən infeksiya səbəbindən ölüb.
“Daily Star”ın məlumatına görə, bu barədə Atlantada Emory Universitetinin alimləri hazırladıqları elmi araşdırmada bildiriblər.
Onların sözlərinə görə, kişi bədənində zəiflik hiss edərək xəstəxanaya müraciət edib. Orada kişinin beyninin sözün həqiqi mənasında “həlimə” çevrildiyi görünüb.