İllinoys Universitetinin mütəxəssisləri müəyyən ediblər ki, yüksək protein və lif qəbulu çəki itkisini stimullaşdırır.
Foodinfo.az xəbər verir ki, alimlərin elmi məqaləsi Obesity Science and Practice jurnalında dərc olunub.
Tədqiqat ili ərzində iştirakçılar davamlı dəyişikliklərə üstünlük verən fərdiləşdirilmiş planlara əməl edərkən bədən çəkisinin orta hesabla 12,9%-ni itiriblər. Gündəlik protein qəbulunu təxminən 80 qrama, lif qəbulunu isə 20 qrama qədər artırdıqları ifadə edilir.
Könüllülər proqramın əvvəlində 42,6 kq olan yağ kütləsini 15 ayda 35,7 kq-a endiriblər. Tədqiqatın altı ayı ərzində onların bel ölçüsü orta hesabla yeddi santimetr, 15 ay ərzində isə doqquz santimetr azalıb.