Bir çox insanlar məhsulların əksəriyyətini soyuducuda saxlayır. Onların fikrinə görə, soyuducuda məhsullar daha təzə qalır və gec xarab olur. Lakin bu belə deyil.
Foodinfo.az Saglamolun.az-a istinadla bildirir ki, mütəxəssislərin fikrinə görə bəzi məhsulların soyuducuda saxlanılması əksinə onların yararlıq müddətini və keyfiyyətini azaldır, dadını pisləşdirir. Bu məhsullar arasında:
- çörək
- qəhvə
- şokolad
- banan
- bitki yağı
- bal
- soğan və sarımsaq
- alma
- kivi
- xiyar, pomidor
- sitrus meyvələri (portağal, mandarin, limon)
- balqabaq
- ədviyyatlar