![](/uploads/photos/original/2024/12/142123671067600440b30d2.png)
Qalxanabənzər vəzi bədənin normal fəaliyyəti üçün lazım olan hormonların istehsalına cavabdehdir. Bu orqan cinsi və zehni fəaliyyəti, maddələr mübadiləsini, ürək-damar sisteminin və mədə-bağırsaq traktının işini tənzimləməyə kömək edir.
Foodinfo.az bildirir ki, orqanın tam işləməsi üçün yod, selen və tirozin amin turşusu lazımdır. Bu maddələr olmadan vəzdə istehsal olunan hormonların mühüm sintezi baş verə bilməz. Qeyd olunanlar isə əsasən sarımsaq, dəniz balığı, dəniz yosunu, qoz-fındıq, xurmanın tərkibində var.