105 yaşlı Helen Tansley hər gün bir qeyri-adi yemək yeməyin onun uzunömürlülüyünü qismən izah edə biləcəyini iddia edir. Foodinfo.az xəbər verir ki, bu barədə Best Life jurnalı məqalə dərc edib. Belə ki, Tansley sağlam həyat tərzinə riayət edir. O, ömrünün bir əsrdən çoxu ərzində heç vaxt siqaret çəkməyib və spirtli içki içməyib.
Ancaq bu ümumi sağlam vərdişlərdən başqa, bəlkə də ən çox diqqət çəkən şey onun hər gün bir diş sarımsaq yeməsidir.
Uzunömürlülük üçün sarımsaq yemək sadəcə bir fakt deyil. Nutrients jurnalında dərc edilən 2019-cu ildə aparılan bir araşdırma, 27.000 iştirakçı arasında həftədə ən azı bir dəfə sarımsaq yeyənlərin, bütün səbəblərdən ölüm riskinin azalması səbəbindən, yeməyənlərə nisbətən daha uzun ömür sürdüyünü müəyyən edib.