Çində bir kişi ağ qanla xəstəxanaya yerləşdirilib.
Foodinfoa.az “Çempionat”a istinadən xəbər verir ki, Çinin Fujian əyalətindən olan 30 yaşlı kişi bir həftə fasiləsiz fast food qəbul etdikdən sonra xəstəxanaya yerləşdirilib.
O, şiddətli qarın ağrısı ilə tibb müəssisəsinə aparılıb və analizlər onun qanının süd rəngində olduğunu göstərib.
Xəstəxanaya daxil olandan sonra vəziyyəti ağır olan xəstə təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər ona hiperlipid pankreatit, qanda lipidlərin yüksək olması nəticəsində yaranan mədəaltı vəzinin iltihabı diaqnozu qoyublar. Həkimlərin fikrincə, xəstəliyə kişinin qidalanması səbəb olub.
Müayinə zamanı həkimlər xəstədə son dərəcə yüksək trigliseridlər qeydə alıblar ki, bu da onun qanına xarakterik ağ rəng verib.