Alma sirkəsi saçlara qulluq zamanı çox effektli təbii vasitə sayılır. Təbii alma sirkəsi saçlara çox yaxşı təsir edir: - möhkəmləndirir, tökülməsini azaldır - həcm verir - parlaqlıq bəxş edir - rəngini bir qədər açır - yumşaq və itaətli edir - baş dərisinə antiseptik təsir edir, kəpəyi azaldır. Foodinfo.az Saglamolun.az-a istinadən bildirir ki, kosmetoloqlar həftədə 2-3 dəfə saçları yuduqdan sonra sirkə ilə yaxalamağı tövsiyə edirlər. 1 l ilıq suya 1/2 stəkan (100 ml) təbii sirkə (alma və ya alma sirkəsi olmadıqda - üzüm sirkəsi) əlavə edin və bu su ilə təmiz saçları yaxalayın. Bundan sonra saçları mümkün qədər fenlə deyil, açıq havada qurudun.