Yeni elmi araşdırmalar göstərir ki, K vitamini koronavirusun ağır fəsadlarının və bu infeksiyadan ölümün riskini azaldır. Foodinfo.az Saglamolun.az-a  istinadla bildirir ki, bu haqda Niderlaland alimləri xəbər verib. Onların müşahidələrinə görə, koronavirusun ağır gedişatı müəyyən dərəcədə K vitamininin orqanizmdə aşağı səviyyədə olması ilə bağlıdır. K vitamini orqanizmi xərçəng, şəkərli diabet və ürək-damar sistemi xəstəliklərindən qoruyur, immun sisteminin normal fəaliyyəti və bağırsaqların mikroflorası üçün çox vacibdir. K vitamininin əsas mənbələri: - ispanaq - kələmin bütün növləri - qulançar - noxud - mərci - süd - kesmik - pendir - zeytun yağı - qara gavalı - moruq - banan - kivi