Alimlər köçəri çəyirtkələrin davranışı ilə bağlı inqilabi kəşf ediblər.
Foodinfo.az-ın Ferra.ru-a istinadən məlumatına görə, bu həşaratlar yalnız əkinlərə və qida ehtiyatlarına deyil, digər çəyirtkələrə də zərər vura bilərlər.
Tədqiqatlar göstərir ki, çəyirtkələr arasında hannibalizm müşahidə olunur. Çəyirtkələr bir-birinə yaxın olduqda, onlarda serotonin və dopamin miqdarı artır, bu da təkbaşına davranışdan sürü davranışına keçidə səbəb olur.
Tədqiqat nəticəsində məlum olub ki, yalnız sürü şəklində olan çəyirtkələr fenilasetonitril (PAN) adlı siqnal ötürürlər. PAN digər çəyirtkələri yeməkdən çəkindirir və hannibalizm göstəricilərini azaldır.
Alimlər PAN-ın funksiyasını sübut etmək üçün çəyirtkələri genetik olaraq dəyişdirərək bu siqnalın ötürülməsinin qarşısını alıblar. Nəticədə hannibalizm sayı artıb.
Tədqiqat komandası, həmçinin, OR70a adlı spesifik qoxu reseptorunun PAN-a çox həssas olduğunu müəyyən edib. Bu reseptorun funksiyasını dayandırdıqda da çəyirtkələr digər çəyirtkələri yeməməli olduqları barədə siqnal ala bilmədikləri üçün onlar arasında hannibalizm səviyyəsi artıb.
Nərmin