Kənd toyuğu və ya çolpasından bulyon qədimdən ağır və əməliyyatdan sonrakı xəstələrin əsas qidası olub və tibdə xəstələr tövsiyə edilən birinci qidalardan biridir.
Elə koronavirus dövründə də infeksion xəstəliklərdən müalicədə daha çox toyuq bulyonu məsləhət görülür.
Foodinfo.az Medicina.az-a istinadən xəbər verir ki, yüngül qidalandırıcı və zəngin bulyon maddələr mübadiləsini yaxşılaşdırır, bağırsaqlar tərəfindən yaxşı həzm olunur və orqanizmin vitamin, minerallara olan tələbatını ödəyir.
Dərmanlardan da effektiv olan toyuq bulyonunun faydalarını və kimlərə uyğun olduğunu təqdim edirik:
1 – Diabet xəstələri, endokrin pozulmalar, zob xəstələri – onlar daha çox maye qidaya tələbat duyur. Bu balansı doldurmaq üçün qidalar arası belə toyuq bulyonu içmək olar, o həm də yağsız, dietikdir. Karbohidratlar demək olar ki, yoxdur.
2- Qastrit,mədə xorası, yüksək turşuluq, reflü xəstələrində - bulyon artıq mədə şirəsini sovurur, sekresiyaya müsbət təsir edir, həzmi yaxşılaşdırır, mədəni sakitləşdirir.
3- Qəbizlik – toyuq bulyonu bağırsaq selikli qişasını təmizləyir, nəcis kütlələrini yumşaldır, qidanın xaric oımasını asanlaşdırır.
4- İntoksiyasiya, zəhərlənmə, dərmanlardan, alkoqoldan sonra – su-duz, elektrolit balansını artırır, bu da sistem köçürmə effekti verir.
Bərpa üçün sutkada 150 ml toyuq bulyonu isti yox, ilıq halda içilir.
Qusma zamanı olmaz.
5- Hemorroyu müalicə edir.
Motorikanı və mikrofloranı yaxşılaşdırır. Toyuq bulyonu yağlı olmamalıdır, içiləndə bir az su əlavə etmək lazımdır
6 – Soyuqdəymə, pnevmoniya, infeksiya, qrip
– immuniteti səfərbər etməyə kömək edir. Bronxlardakı bəlğəmi yumşaldır. Toyuq bulyonu yüksək bakterisid təsirə malikdir. Bədəni intoksikasiyadan təmizləyir, həm də xəstəliklə mübarizədə olan orqanizmi yükləmir. Hipovitaminozlarda da toyuq bulyonu içilməlidir
Toyuq bulyonu 2 yaşdan 80 yaşa kimi hər kəsin orqanizminə lazımlıq və düşərli qidadır.