İsmayıllının Diyallı kəndində 9 hektarlıq ərazidə moruq yetişdirilir. Burada böyürtkən və qırmızı qarağat kolları da əkilib. Bu işlərə mövsümi olaraq 40-a yaxın işçi cəlb olunub.
Artıq dördüncü ildir yaradılan təsərrüfatda açıq və istixana şəraitində yetişdirilən moruğun yığım prosesi həyata keçirilir. May ayında başlayan yığım dekabrın sonlarınadək davam edir. Bu il 30 ton məhsul götürülməsi planlaşdırılır. İsmayıllıda təbii şəraitdə yetişdirilən məhsul "Gülşah giləmeyvələri" brendi ilə Azərbaycanın böyük ticarət mərkəzlərində və supermarketlərdə satışa çıxarılır.
Fermerin sözlərinə görə işin effektivliyini artırmaq məqsədilə soyuducu kamera, anbar və suvarma üçün 150 tonluq hovuzun tikintisi nəzərdə tutulur.
Məsləyə dair reportajı təqdim edirik:
Son xəbərlər
- Ağ çörək 30 ildən sonra “sağlam qidalar” siyahısından çıxarıldı
- Alimlər qidada təhlükəli maddələri aşkar edən sensor hazırlayıb
- Stomatoloq mandarini necə düzgün yemək lazım olduğunu açıqladı
- Həkim çuğundur suyunun faydalı xüsusiyyətlərindən danışdı
- “Ammofos Gübrəsi”nin bitkilər üçün hansı faydaları var?
- Hansı qidalarla pendir yemək olmaz?