Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan kitab çıxaracaq. Foodinfo.az xəbərbverir ki, Ə.Ərdoğan türk mətbəxinin zənginliyini beynəlxalq məcralarda tanıtmaq üçün qastronomiya mövzulu kitab hazırladığını açıqlayıb.
"Əsrlik reseptlərlə türk mətbəxi" adlı kitabın 2021-ci ilin ilk günlərində oxuculara təqdim edilməsi planlaşdırılır. Ə.Ərdoğan tvitter hesabından verdiyi açıqlamada öz sahələrində mütəxəssis akademiklər və şeflərlə kitab üçün görüşdüklərini bildirib: "Töhfələri üçün onlara təşəkkür edirəm. Sağlam, ənənəvi və israf olmayan reseptlərlə mədəniyyət kodlarımızı da özündə ehtiva edəcək bu əsər əvvəlcə türk və ingiliscə, daha sonra müxtəlif dillərdə yayımlanacaq".