Foodinfo.az xəbər verir ki, aparılan araşdırmalara görə, cavanların qalın bağırsaq xərçənginə tutulmaq riski yüksəlib. Əvvəllər ən cavan yaş göstəricisi 30-35 idisə, hazırda bu yaş 25-ə enib.
Türkiyəli onkoloqu Serdar Turhal, Amerikada aparılan araşdırmalar nəticəsində son zamanlarda 490 mindən çox insanın bu xərçəng növünə tutulduğunu bildirib. Xəstələrin əksəriyyətinin isə 20-25 yaşda olduğu məlum olub. Gənclərdə kolorektal xərçəngin yaranmasına əsas səbəb spirtli içki və siqaretdən istifadə etmələridir.
Piylənmənin də səbəb olacaq faktorlar sırasında olduğunu bildirən onkoloq Özlem Uysal Sönmez, 37-50 yaş arasında piylənmədən əziyyət çəkən kişilərdə kolon xərçənginə tutulmaq riskinin 50 faizədək artdığını bildirib.
Xəstəliyin ən vacib əlaməti isə qarın ağrısı və sidikdə qan görülməsidir. Bəzi insanlar bu əlamətləri müşahidə etsələr də səbəbinin yediyi qidalardan olduğunu düşünürlər. Ancaq davamlı bu hal olarsa, onkoloq təcili həkimə müraciət etmələrini tövsiyə edib.