Cərrah Karan Raj ürəkbulanmadan xilas olmağa kömək edəcək qeyri-adi məsləhət paylaşıb. Foodinfo.az xəbər verir ki, bəzi qoxular hücumu dayandırmağa kömək edir. Məsələn, limon qoxusu.
Limon qoxusunu duyduğunuz zaman qoxu sisteminiz bu sitrus ətirlərini qəbul edir. Bu limon ətri tənəffüsü stimullaşdırır, ürəkbulanmasını aradan qaldırmağa kömək edir.
Karan Raj əlavə edib ki, güclü qoxu olan istənilən sitrus meyvəsi eyni effekti verə bilər.
Zəncəfil və nanə yağı da bu əlamətlərini azaltmağa kömək edə bilər.