Bəzi insanlarda şəkərli diabet xəstəliyinə tutulma riski daha yüksəkdir.

Foodinfo.az xəbər verir ki, profilaktik və qocalma əleyhinə tibb üzrə mütəxəssis Yelena Ostrovskaya belə insanlar haqqında danışıb və bu xəstəliyin qarşısının alınması ilə bağlı məsləhətlərini verib.

Yaşı 45-dən yuxarı olan və çox hərəkət etməyənlər risk qrupuna daxildirlər. 

Hamiləlik dövründə gestational diabeti olan qadınlar da diqqətli olmalıdırlar. 

Yaxın qohumları arasında şəkərli diabet xəstələri olanlar, həmçinin, risk altındadırlar.

Artıq çəki də xəstəliyin əlaməti ola bilər.

Bundan əlavə, qadınlarda genital bölgədə qaşınma da bəzən diabetin gözlənilməz simptomu ola bilər.

Qeyd edək ki. şəkərli diabet bədən insulinə düzgün reaksiya vermədikdə yaranır. Bu,   şəkərin emalında problemlərə səbəb olur. Xəstəliyin simptomlarına yorğunluq, həddindən artıq susuzluq, daimi sidiyə getmə və çəkidə dəyişiklik daxildir.

Diabetin qarşısını almaq üçün aktiv həyat tərzi sürmək, qidalanmaya diqət etmək, kifayət qədər yatmaq və qan şəkərinin səviyyəsini mütəmadi olaraq yoxlamaq lazımdır.

Leyla