Rusiyada orta əsrlərdə kökdən çay bütün əyalətlərdə hazırlanırdı.
Eləcə də Misir və bəzi Şərq ölkələrində də kök qurusundan çay hazırlanır.
Foodinfo.az Medicina.az-a istinadla kök çayının faydalarını təqdim edir.
- Ağciyər və bronxların istənilən xəstəliklərinin terapiyasında
- İmmun sistemi möhkəmlədir, virus infeksiyalarına qarşı qoruyur
- Bədəndən, qandan zəhərləri, toksinləri çıxarır
- Dərini təmizləyir, rəngini yaxşılaşdırır
- Görməni artırır
- Şəkər xəstələri üçün əvəzsizdir
- Saçları möhkəmləndirir
- Həzm sistemini qaydaya salır, qaz və körpə qarşıdır
- Prostatit xəstəliyində içilir
- Təzyiqi normallaşdırır
Hamilələrə olmaz.
Hazırlanması:
Kök nazik uzunsov sap kimi doğranılıb, qəzet sərilmiş məcməyidə qurudulur. Bir-birinə yapışmaması üçün tez –tez qarışdılır. Və ya sobada qurudulur.
Eləcə də siz təzə kökdən də çay dəmləyə bilərsiz.
Qurudulmuş kökdən 2 xörək qaşığı götürüb, üzərinə yarım litr qaynar su alınıb, çaydanda 40 dəqiqə dəmlənir. Sonra süzülüb gün ərzində az-az içilir. Çaya limon atmaq olar.
Viruslar mövsümündə gündə 1 stəkan yetərlidir.