Bəzi aşpazlar kotletlər hazırlayarkən plastik şüşədən istifadə edirlər.
Foodinfo.az Lent.az-a istinadən xəbər verir ki, bu üsulla siz bərabət ölçülü kotletlər əldə edə bilərsiniz.
Bəs, plastik şüşədən istifadə edərək kotletləri necə bişirmək olar?
Əvvəlcə plastic bir şüşə götürün, onun dibini kəsin. Daha sonra çəkilmiş əti həmin yerdən şüşənin içinə doldurun. Bundan sonra, qapağı çıxarmaq və şüşənin arxa hissəsindən basmağa çalışın. Hər dəfə şüşəyə basan zaman diqqətli olmaq lazımdır ki, çıxan ət kütlələri eyni çəkidə olsun. Nəticədə eyni formalı kotletlər alınacaq.
Sonda hazırlanmış kotletləri qabda qızartmaq lazım olacaq.